Ermənilər yaşayış evlərini atəşə tutdular – VİDEO

Ermənistan Silahlı Qüvvələri Tapqaraqoyunluda yaşayış evlərini atəşə tutdu.
ANN.Az Region TV-yə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri ötən gecə cəbhənin Goranboy istiqamətində atəşkəsi pozub.
Cəbhə kəndi olan Tapqaraqoyunlu qarşı tərəfin bütün mövqelərindən atəşə tutulub. Düşmən yandırıcı güllələrdən istifadə etməklə, əsasən, yaşayış evlərini hədəf alıb.
Açılan güllələr mənzillərin dam örtüklərinə, su çənlərinə, evlərin divarlarına, həmçinin hasarlara dəyib. Gecə saatları olduğundan kəndə dəyən ziyanı müəyyənləşdirmək mümkün olmayıb, qarşı tərəf cavab atəşi ilə susdurulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























