• $
  • €
  • ₽
  • ₺
  • £

Bahar Muradova: "Gec-tez ədalət öz yerini tapacaq

Bahar Muradova: "Gec-tez ədalət öz yerini tapacaq
17.02.2016 23:30
"Gec-tez ədalət öz yerini tapacaq. Çünki xalqımız bu haqsızlığı qəbul etmir və gələcəkdə də etməyəcək. 

Bu faciənin dünya ictimaiyyətinə dəqiq şəkildə çatdırılmasında ölkədə böyük işlər görülür”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib. 

"İnsanlığın bir qismi Xocalı soyqırımını günün hadisəsi kimi qəbul edir, bir qismi bunun yolverilməz olduğunu, əksəriyyəti isə görməməzlikdən gəlirdi. Ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır. Lakin nə etmək olar ki, hadisə baş verib. Keçən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb

Hər il Xocalı soyqırımı ərəfəsində keçirilən tədbirlər daha da intensivləşir. Bir çoxları cinayət törədicilərinin ədalət mühakiməsi qarşısında dayanmasını tələb edir.

Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də lazımi bütün addımları atırıq. Azərbaycanın həyatının bütün istiqamətlərinə obyektiv və dövlətçilik mövqeyinə münasibət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. O dövrdə ilk dəfə olaraq beynəlxalq qurumlara məhz Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edilmişdi. 1994-cü ildə bu faciə soyqırımı adlandırıldı. Qəbul edilən müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl müəyyən hədəflərə söykənən fəaliyyət olduğunu, Xocalının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu qəbul etdirdik. Bu ardıcıl siyasət indi də İlham Əliyev tərəfindən davam etdirilir.

Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etdi. Bu gün heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil"

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol