XİN: Azərbaycan vətəndaşları Ankaradakı terror aktı zamanı xəsarət almayıb

Ankarada törədilən terror aktı zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
"Hazırda terror aktı zamanı xəsarət alan Azərbaycan vətəndaşları barədə heç bir məlumat yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, dünən axşam Ankarada hərbi yataqxananın yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 60-dan çoxu yaralanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























