3 nazirin birgə bəyannaməsi – Ankara terroru pislənildi

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri fevralın 19-da Tbilisi görüşünün yekunları ilə bağlı bəyannamə imzalayıblar.
Türkiyədə baş vermiş son terror aktlarını pisləyən nazirlər bütün regional münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə çağırıblar.
Tbilisi bəyannaməsində Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin BMT və Avropa Şurasınin qətnamələrinə uyğun olaraq, beynəlxalq norma, suverenlik və ərazi bütövlüyü əsasında həll edilməli olduğu vurğulanıb.
Tərəflər Xəzər hövzəsindən enerji resurslarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına nəqli üzrə regional enerji layihəsinə dəstək bildiriblər.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu il Azərbaycanda keçiriləcək (azadliq.org).
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























