İlham Əliyev estoniyalı həmkarını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Estoniya prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
ANN.Az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və firavanlıq diləyirəm”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























