İzmirdə Türkiyə-Azərbaycan dostluq parkı açıldı

Türkiyənin İzmir vilayətinin Bornova bələdiyyəsində Türkiyə-Azərbaycan dostluq parkı açılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, parkda həmçinin Xocalı qətliamı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Bornova bələdiyyəsinin başçısı Olqun Atilla qeyd edib ki, parkın açılması haqqında qərar yekdilliklə qəbul olunub.
Azərbaycanın İstanbuldakı baş konsulu Kənan Murtuzov Bornovada parkın açılması qərarına görə, O.Atillaya minnətdarlığını bildirib.
Açılışda iştirak edən deputatlar və tədbirin digər qonaqları qardaşlaşmış şəhərlər İzmir və Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























