• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək
29.02.2016 15:10
"Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq”.

Bunu APA-nın İran bürosunun sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. Həftəlik brifinqdə çıxış edən H. C. Ənsari bildirib ki, əməkdaşlığın xüsusilə ticarət və iqtisadiyyat sahələrində gücləndirilməsinə önəm verilir. O qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-biri ilə əlaqələrinin daha da inkişafı ilə yanaşı, həm də digər qonşu ölkələrlə əlaqələrin inkişafına təkan verəcək: "Prezident İlham Əliyevin Tehrana səfərinin iki dost və qardaş ölkə arasında əməkdaşlığın inkişafına böyük təsiri olacaq”.
 
 
H. Cabiri Ənsari Azərbaycanın iranlılar üçün viza rejimini ləğv edib-etməyəcəyi barədə suala cavabında deyib ki, Azərbaycan tərəfinin hələlik belə bir fikri yoxdur: "Bu haqda yeni məlumat olarsa, elan edəcəyik”.
 
Suriyada atəşkəsin pozulmasına toxunan sözçü buna bəzi terrorçu qrupların yol verdiyini söyləyib: "Bu, ondan irəli gəlir ki, atəşkəsin pozulması həmin qrupların mənafeyinə uyğundur. Suriyada rolu olan ölkələrdən tələb edirik ki, necə ki, sülhlə bağlı razılığa gəliblər, əməldə də sülhün icrasına yardım etsinlər”.

H. Cabiri Ənsari İranın Suriya və İraqda hərbi iştirakına dair suala cavabında bildirib ki, İran bu iki ölkə ilə daim məsləhətləşmələr aparır və atılan addımlar həmin ölkə hökumətlərinin istəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, İranın bu ölkələrlə məsləhətləşmələri davam etdirməsi böhranın durumundan və həm onların, həm də İranın istəyindən asılıdır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol