• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Nalbandyana cavab gəldi

XİN-dən Nalbandyana cavab gəldi
01.03.2016 16:57
Xocalı soyqırımı və 3 mart 2008-ci ildə Yerevanda törədilmiş siyasi terrorun növbəti ildönümü günlərində BMT-nin İnsan hüquqları Şurasında çıxış edən Ermənistan xarici işlər naziri hər hansı xəcalət və ya utanc hissi keçirmədən soyqırım əməllərinin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi barəsində yalandolu və təhrif olunmuş fikirlərlə çıxış edib.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbandyanın BMT-nin İnsan hüquqları Şurasında çıxışını şərh edərkən deyib.

"Ermənistan xarici işlər nazirinin yaddışını təzələmək istərdik ki, 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur.

Sənəddə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi vardır”, - deyə H.Hacıyev bildirib.

O qeyd edib ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz.

"Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: "İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddaratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.

Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə törədilmiş etnik təmizləmənin nəticələrini pərdələmək üçün "öz müqəddəratını təyin etmə” prinsipindən sui-istifadə edir”, - deyə H.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri əslində zaman və məkan baxımdan BMT-nin İnsan hüquqları Şurasında Xocalı və ölkəmizin digər işğal olunmuş ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayət əməllərinin etiraf edilməsi, Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyətinə və 1 mart 2008-ci il Yerevan hadisələrinə qiymət verilməsi və həll yollarının təklif edilməsi üçün əlverişli imkanlarına malik olsa da, bundan istifadə etməyib.  

"BMT-nin İnsan hüquqları Şurasında çıxış edərək, digər dövlətə qarşı törədilmiş işğal, təcavüz, terror və qanlı etnik təmizləməni "öz müqəddəratını təyin etmə” kimi təqdim etmək və digər ali dəyərlərdən danışmaq BMT təsisatlarına və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdən başqa bir şey deyildir”, - deyə H.Hacıyev vurğulayıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol