• $
  • €
  • ₽
  • ₺
  • £

Goranboyda xeyli sayda silah-sursat tapıldı

Goranboyda xeyli sayda silah-sursat tapıldı
06.03.2016 12:00
Goranboy rayonunda xeyli sayda sursat aşkarlanıb.

ANN.Az xəbər verir ki, bu barədə məlumatı APA-ya rayonun Kələk kənd sakinləri bildiriblər. Onlar qeyd ediblər ki, kəndin yaxınlığında 50-ə yaxın müxtəlif tipli mərmilər və döyüş başlıqları aşkarlanıb. Onların arasında partlamamış sursatlar da var.

Dərhal Goranboy Rayon Polis Şöbəsinə məlumat verilib. Məlumata görə, hazırda polis sursatların olduğu ərazini nəzarətə götürüb. Aşkar olunan sursatların zərərsizləşdirilməsi üçün ANAMA-ya (Azərbaycan Respublikasın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) da məlumat verilib. Kənd sakinləri ehtimal edirlər ki, sursatı kəndin yaxınlığına metal toplayan şəxslər atıb.

Qeyd edək ki, ötən gün rayonun Xınalı kənd sakini, 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Onu özünə məxsus QAZel markalı avtomobildə zərərsizləşdirmək istəyərkən partlayış baş verib. R. Hüseynov müxtəlif qəlpə yaraları ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol