• $
  • €
  • ₽
  • ₺
  • £

Oktay Əsədov Ərdoğanla görüşdü

Oktay Əsədov Ərdoğanla görüşdü
11.03.2016 15:48
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasında iki günlük rəsmi səfərdədir.

ANN.Az-ın AzərTac-a istinadən verdiyi xəbərə əsasən, səfər Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarının ziyarəti ilə başlanıb. 

Anıtqəbir önünə əklil qoyan nümayəndə heyətimiz Türk xalqının böyük oğluna ehtiramlarını ifadə edib. Milli Məclisin sədri Anıtqəbirdəki xatirə kitabını imzalayıb.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Türkiyə Prezidenti Azərbaycan xalqı və ölkəmiz haqqında xoş sözlər söyləyib.

Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, xalqlarımızın ümumi maraqlarını əks etdirən Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.

Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Nümayəndə heyətimizi Ankarada salamlamaqdan məmnunluğunu ifadə edən Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycan ilə birgə olduğunu diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən Milli Məclisin sədri Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırıb. Onun da salamlarının Prezident İlham Əliyevə çatdırılmasını parlamentimizin sədrindən xahiş edən Əhməd Davudoğlu dövlətimizin başçısı ilə Azərbaycanda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa nümunədir.

Daha sonra Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşü olub. Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-nin sədri iki qardaş ölkənin parlamentləri arasındakı qardaşlıq münasibətlərindən bəhs edib. Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Onun da hərarətli salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edən İsmayıl Qəhrəman Azərbaycan xalqına tükənməz sevgi və məhəbbət bəslədiyini ifadə edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. İki qardaş ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə parlamentləri bundan sonra da dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olan məsələlərdə birgə səyləri bundan sonra da davam etdirəcəklər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol