Azərbaycana yeni təyin olunmuş səfiri gələn həftə Bakıya gələcək

İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Vanani martın 18-də Bakıya gələcək.
Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
Səfir Azərbaycan Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasının icrasına başlayacaq.
Qeyd edək ki, bu vəzifədə H.Vanani Prayono Atiyantonu əvəz edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























