• $
  • €
  • ₽
  • ₺
  • £

“Putin başa düşdü ki, Suriyada ordu saxlamaq sərfəli deyil” - AÇIQLAMALAR

“Putin başa düşdü ki, Suriyada ordu saxlamaq sərfəli deyil” - AÇIQLAMALAR
15.03.2016 14:25
Rusiya prezidenti Vladimir Putin ordunun Suriyadan çıxarılması barədə göstəriş  verib. O, bu qərarını Suriyada qarşıya qoyulan vəzifələrin artıq icra olunduğu ilə əlaqələndirib.  Putin bildirib: "Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”.

Rusiya qoşunlarının Suriyadan çıxarılmasının əsas səbəbi nədir? Putinin bu qərarının arxasında hansı siyasi nüans dayanır? Rusiyanı Qərbin sanksiyaları bu addımı atmağa vadar etdimi?

Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasını ANN.Az-a politoloq Zərdüşt Əlizadə və İlqar Vəlizadə şərh ediblər.
 
 
 

"Rusiya çox yaxşı bilir ki, qərbin sanksiyaları onları çökdürür” - Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rusiya Suriyadan qoşunları çıxarmaqla yeni bir münaqişəyə başlamayacaq:  "Hazırda Rusiya özü uçuruma gedir. Baxmayaraq ki, prezident Putinin yüksək reytinqi var, amma bunların hamısı ötəri şeylərdir. Ölkənin qüdrətini, gücünü boş-boş sözlərlə artırmaq olmur.  Ölkənin vəziyyəti iqtisadi durumla ölçülür. Rusiyanın özü də çox yaxşı bilir ki, qərbin sanksiyaları onları çökdürür. O cümlədən hərbi sənayeni də zəiflədir. Putin bunları çox yaxşı bilir ki, bu sanskiyalar ölkə daxilində parçalanmaya səbəb ola bilər. Ona görə də humanistlik göstərərək Suriyadan qoşunları çıxardır. Həmçinin Rusiya bu addımı ilə ABŞ-a yaxınlaşıb çətin vəziyyətdən qurtulmaq istəyir”. 

 
 

"Rusiya qoşunları Suriyada demək olar ki, heç bir məqsədə nail ola bilmədi” – İlqar Vəlizadə 

İlqar Vəlizadənin sözlərinə görə, Rusiya Suriyadan qoşunları çıxarma prosesinə hələ bir müddət bundan öncə başlayıb: "Buna hazırlıq gedirdi. Əldə olunan atəşkəs razılığı bu prosesin başlanğıcı idi. Çünki atəşkəs razılığında göstərilmişdi ki, qoşunların rahat şəkildə ölkədən çıxarılması üçün şərait yaradılsın”. 

Siyasi şərhçi qeyd edib ki, qərbin Rusiyaya yönəlik sanksiyaları bu qoşunların çıxarılmasına təsir göstərməsi ilə yanaşı başqa səbəblər də var: "Son bir həftədə Rusiya hava qüvvələri Suriyanın şimalını bombardman edirdi və çoxsaylı insanlar tələf oldu. Müsəlman ölkələrini belə durumlar çox ciddi narahat edir. Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri çox narahatlıq keçirdilər. Bu isə Rusiya ilə ərəb ölkələrinin arasındakı münasibətlərin birdəfəlik kəsilməsi ilə nəticələnə bilərdi.   Həmçinin bir çox geosiyasi hadisələrə gətirib çıxarardı. Onsuz da Rusiyanın Türkiyə ilə, qərblə yetəri qədər problemi var və yeni problemlərin yaranmasını yəqin ki, istəməzdi. Hətta son vaxtlar Rusiya-İran münasibətlərinin yaxşılaşmasından sonra prezident Həsən Ruhani bildirmişdi ki, Rusiyanı bir çox məsələlərdə dəstəkləsələr də, Suriyanı bombalamasına heç də yaxşı baxmırlar”.
 
İlqar Vəlizadə sonda xatırladıb ki, rus ordusunun Suriyada gördüyü işlər haqqında Rusiya KİV-ləri yazmasalar da, ərəb ölkələrinin mediası bu mövzuya geniş şəkildə toxunub: "Onsuz da bu qoşunların Suriyada qalmasının nə Bəşər Əsədə bir xeyri var, nə də İŞİD-la mübarizə də hər hansı iş gördü. Rusiya qoşunları Suriyada demək olar ki, heç bir məqsədə nail ola bilməyib. Rusiya qoşunlarının Suriyada qalması həmçinin onlara maddi tərəfdən də çox ziyan verdi. Putin bunu başa düşüb qoşunları ordan çıxarmaq göstərişi verdi”.

Orxan Aslanlı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol