Zakir Həsənov qoşunların döyüşə hazır olması ilə bağlı tapşırıq verdi

Müdafiə nazirinin rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.
Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























