AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarı alqışladı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.
"Report" xəbər verir ki, bu barədə P.Aqramunt şəxsi "Twitter" səhifəsində yazıb.
"Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir", - deyə P.Aqramunt bildirib.
Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























