Avropa İttifaqı Dağlıq Qarabağdakı vəziyyətdən narahatdır

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini Dağlıq Qarabağdakı vəziyyətdən dərin narahatlıq hissi keçirir və bütün tərəfləri dərhal atəşkəsin pozulmasını dayandırmağa çağırır, deyə, onun bəyanatında bildirilir, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
"Cəbhə xəttində döyüşlər haqqında məlumatlar dərin narahatlıq yaradır. Mən bütün tərəfləri hərbi əməliyyatları təcili şəkildə dayandırmağa və atəşkəsə əməl etməyə çağırıram. Tərəflər təmkinli olmalı və vəziyyətin gərginləşməsinə gətirə biləcək hərəkətlər və bəyanatlardan qaçmalıdırlar”, - deyə, Mogerini bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı insan ölümü, xüsusilə də dinc sakinlərin ölməsindən təəssüf hissi keçirir.
"Aİ ATƏT-in Minsk qrupunun və üç həmsədrin səylərini tamamilə dəstəkləyir. Biz gözləyirik ki, hər iki tərəf atəşkəsə ciddi riayət edəcək, gücdən istifadə etməyəcək və Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üçün səylərini bərpa edəcəklər”, - deyə, kommünikedə bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























