Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib.
Türkiyə prezidenti bu gün cəbhədə həyatını itirən Azərbaycan Ordusunun hərbçilərinə özünün və Türkiyə xalqının adından Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























