İran Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

İran Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətdən narahatdır və Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabiri Ənsarinin bəyanatında deyilir.
"İki şimal qonşumuzu təmkinli olmağa, vəziyyəti gərginləşdirməkdən imtina etməyə çağırırıq. Regionda radikal qrupların yaratdığı dağıntıların şahidi kimi, Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasındakı toqquşmalardan bərk narahatlıq keçiririk", - deyə mətbuat katibinin bəyanatında bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























