• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Yerevan hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil

XİN: Yerevan hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil
29.05.2020 01:37
2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. Erməni Silahlı Qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb. Eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub.


Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atıb. Hazırda vəziyyət gərgin olaraq qalır. Təmas xətti boyu Azərbaycan mövqelərinin artilleriya da daxil olmaqla, ağır silahlardan atəşə tutulması davam edir.


Ermənistan işğal olunmuş ərazilərdə əlavə raket və artilleriya qüvvələri yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirməyə cəhd edir və bu ölkənin hərbi helikopterləri işğal olunmuş ərazilərlə Ermənistan arasında intensiv uçuşlar həyata keçirir.


Son illər ərzində minaatan, iri çaplı pulemyot və artilleriyadan istifadə etməklə Azərbaycanın hərbi qulluqçuları, eləcə də mülki əhalisinə qarşı Ermənistan tərəfindən həyata keçirilən bu kimi zorakılıq və hərbi təxribatlar daha intensiv və aqressiv hal alıb.


Cəbhə xəttində gərginliyin artmasına görə Ermənistanın çarəsizcəsinə Azərbaycanı günahlandırmaq cəhdləri onun öz vətəndaşlarını və geniş beynəlxalq ictimaiyyəti aldatmasına xidmət edir.


Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına və davam etməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir.


Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti, zəbt etdiyi torpaqların mədəni və fiziki xarakterini qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin, erməni əhalisinin bu ərazilərə köçürməklə başlıca məqsədi açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı və qəbuledilməz və qeyri-davamlı olan status-kvonun saxlanılmasıdır. Status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı dövlət başçısı səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də dəfələrlə qeyd olunub.


Ermənistan danışıqlar prosesini pozmaq məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son təklifləri də daxil olmaqla, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin bütün təşəbbüslərini rədd edib. Bu bir daha sübut edir ki, rəsmi Yerevan həqiqətən də hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil.


Münaqişənin həlli üçün başlıca əsaslar BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993), həmçinin BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələrində təsbit edilib. Belə ki, bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib, eləcə də, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Sözügedən qətnamələrdə BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.


Azərbaycan torpaqlarının hərbi işğalı münaqişənin həllinə xidmət etmir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaqdır. Ermənistan bu reallıqla nə qədər tez barışsa münaqişə bir o qədər tez həll olar və regiondakı ölkələr və insanlar əməkdaşlıq perspektivlərindən və iqtisadi inkişafdan faydalanmaq imkanı qazanarlar.


Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxartmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol