• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: Kənar qüvvələr olmasa, bir həftəyə həll edərik

Siyavuş Novruzov: Kənar qüvvələr olmasa, bir həftəyə həll edərik
05.04.2016 12:46
"Əsgərlərimiz düşmənə layiqli cavab veriblər”.

Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qəhrəmancasına öz canlarını fəda ediblər. Əsgərlərimiz düşmənə layiqli cavab veriblər. Düşmənin xeyli itkisi olub.

Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib: 

"Son günlər cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biridir. Azərbaycan Ordusu Qafqazda həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından da çox yüksək səviyyədədir. Bunu xüsusi qeyd edirik ki, digər qüvvələr olmasa, Azərbaycanla Ermənistan arasında olan münaqişə bir həftə ərzində həllini tapar”.

Siyavuş Novruzov vurğulayıb ki, bütün ölkə vətəndaşları bu döyüşlərdə Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu:

"Biz hər birimiz əsgərik, Vətənimiz, xalqımız və torpağımızın azad olunması uğrunda döyüşməyə hazırıq.

Ordumuzdakı itkilər bizi ağrıdır, bununla yanaşı, Azərbaycan Ordusunun bu cür hazırlıqlı olmasını, düşmənə layiqli cavab verməsini yüksək qiymətləndiririk”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol