• $
  • €
  • ₽
  • ₺
  • £

“Müharibənin başlamasından danışa bilmərik” - AÇIQLAMALAR

“Müharibənin başlamasından danışa bilmərik” - AÇIQLAMALAR
05.04.2016 15:34
"Cəhbə xəttində müharibənin başlamasından danışa bilmərik” – bunu ANN.Az-a açıqlamasında Müdafiə Nazirliyinin sabiq əməkdaşı Azad İsazadə deyib.

Dünən Müdafiə naziri Zakir Həsənov orduya Xankəndi istiqamətində dağıdıcı zərbələr endirməyə hazır olmaları barədə tapşırıq verib. Müdafiə Nazirliyinin yaydığı açıqlamalar və nazirin bu cür göstərişlər verməsi Azərbaycanla Ermənistan arasında müharibənin başlamasımı deməkdir?


Bu suala ANN.Az-a açıqlamasında konfliktoloq Elxan Mehdiyev  və hərbi ekspert Azad İsazdə aydınlıq gətiriblər.

"Sarkisyan öz oyununu kompromis sayır” – Elxan Mehdiyev
 


Konfliktoloq Elxan Mehdiyev açıqlamasında indiki şəraiti nəzərə alıb, müharibə elan edilməsinə heç bir gərək olmadığını dedi: "Ordumuzun əməliyyatına baxdıqda, heç bir yaşayış məntəqəsinə atəş açmadığı görünür, ermənilərdən fərqli olaraq, heç bir təxribata əl atılmadığının şahidi oluruq. Amma erməni tərəfi yalandan üstümüzə şər atır, guya Azərbaycan tərəfi Smerç silahı ilə yaşayış məntəqələrini hədəfə alır. Biz həqiqətən də bu silahla onların üzərinə hücum etsəydik, böyük bir ərazini tamamilə məhv  etmiş olardıq. Belə təxribata əl atılması, yəni bizim yaşayış məntəqələrini hədəfə almağımızı demələri, beynəlxalq hüquq baxımından da bizə avantajlar qazandırır. Elə bu cür davam etsək, yəni yaşayış yerlərinə hücum etməsək, beynəlxalq qurumlar qarşısında da Azərbaycanın sözü daha kəsərli olacaq”       

Siyasi şərhçinin sözlərinə görə Azərbaycan tərəfi işğaldan azad etdiyi kəndləri və yüksəklikləri özündə saxlayıb, irəli hücum edə bilsə, ilk növbədə bu bizə siyasi avantaj gətirəcək və bu münaqişənin həllini sürətləndirəcək: "İndiyə qədər həm ABŞ, həm Avropa, həm də Rusiyanın Ermənistana qarşı yaranmış müsbət imici bu məğlubiyyətlərdən sonra  azalmağa başladı. Erməni tərəfi elə bir missiya yaratmışdı ki, guya onların müdafiə xətti o qədər güclü, (hətta xaricdən gələn ekspert və jurnalistlərə də gətirib göstərirdilər) möhkəmdir, Azərbaycan ordusu heç vaxt onları dəf edib keçə bilməz. Son hadisələr zamanı erməniləri keçilməz sədd adlandırdığı xətti qısa zamanda məhv edib keçdik, onların özləri də çaşıb qaldılar”.

"Azərbaycan ordusunu bu addımı həm beynəxalq aləmə və ermənilərin havadarlarına da bir dərs oldu. Göstərə bildik ki, biz susub oturmamışıq, istənilən vaxt torpaqları azad etməyə hazırıq. Əvvəl erməni tərəfi mif yaratmışdı ki, Azərbaycan tərəfi heç hücum etməyi də bacarmır. İndi bu həmləmizlə o mifi də məhv etmiş olduq”, – deyə Elxan Mehdiyev bildirdi.   

Konfliktoloq Sarkisyanın kompromisə hazıram deməsini siyasi bir oyun adlandırıb: "Kompromis dedikdə onun nəyi nəzərdə tutduğunu hamımız yaxşı bilirik. Yəni bütün rayonların qaytarılmasını yox, onun öz planını həyata keçirmək istədiyini çox gözəl anlayırıq. Öz oyununu da Sarkisyan kompromis sayır”.   

"Müharibənin başlamasından danışa bilmərik” – Azad İsazadə
 


Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazadənin fikrincə rəsmi olaraq müharibənin başlamasından danışa bilmərik: "Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Cəbhədə gedən indiki proseslər hərbi əməliyyatlardır. Yəni bu müharibə deyil. Azərbaycan rəsmi olaraq müharibə olduğunu elan etsə, o zaman müharibədən danışmaq olar. Fikrimcə, belə bir vaxtda terminologiyadan düzgün istifadə etsək yaxşı olar. Azərbaycan tərəfi öz torpaqlarını seperatçılardan, terrorçulardan azad edir. Bu günlərdə cəbhədə aparılan yalnız əməliyyatdır. Texniki baxımdan Azərbaycan ordusu bu əməliyyatı da keçirə bilər. Sözsüz ki, bu daha çox vaxt və qüvvə aparan bir işdir. Əgər Azərbaycan tərəfi düşmənə qarşı əməliyyat keçirərsə, yalnız beynəlxalq qurumların təzyiqləri ilə qarşılaşa bilər. Cəbhədə planlı şəkildə hərəkət etsək, qalibiyyət də bizimlə olacaq”.

Hərbi ekspert Sarkisyanın kompromisə bağlı dediklərinin gülünc olduğunu dedi: "O, kompromisə hazır olduğunu desə də, irəli sürdüyü şərtlər çox gülüncdür. Yəni aprelin 1-dən bu günə kimi əldə etdiyimiz qalibiyyətləri və itirdiyimiz itkiləri nəzərə almayıb, torpaqlarımızı onlara verib geri qayıdaq. Sarkisyan başa düşməlidir ki, onun qoşunları hələ də Azərbaycan ərazisindədir, bu səbəbdən də bizə qarşı heç bir tələb sürə bilməz. Ancaq bugün hər iki tərəf münaqişənin dayandığını elan edib razılıq əldə etsələr, kompromis o zaman baş tuta bilər.  Sarkisyan kompromis sözünü deyib, amma reallıqda ona əməl etmir. Sarkisyan istədiyi daha çox Azərbaycan torpağı işğal etməkdir”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin rəsmi olaraq cəbhədəki vəziyyətələ əlaqədar son məlumatı belədir: Aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol