• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: Biz daha bu təxribatlara dözməyəcəyik

Əli Həsənov: Biz daha bu təxribatlara dözməyəcəyik
05.04.2016 18:10
"Bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin "TRT World” telekanalına müsahibə verib.

ANN.Az AzerTac-a istinadən xəbər verir ki, Əli Həsənov müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini vurğulayıb. 

Ancaq Ermənistan bu qətnamələrə əməl etmir, Azərbaycana qarşı təxribatlar törədir və baş verənlərdə Azərbaycanı suçlayır. Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik.

Prezidentin köməkçisi deyib ki, biz BMT Təhlükəsizlik Şurasının qərarlarına, Minsk qrupunun çağırışlarına həmişə hörmətlə yanaşmışıq. Lakin bu qurumlar onlara hörmətsizlik edən Ermənistana heç bir təzyiq göstərmirlər. Məhz Ermənistanın işğala son qoymasına məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir.

Azərbaycan qısa müddət ərzində torpaqlarını işğaldan azad etmək imkanına malikdir. Amma biz qan tökülməsini istəmirik. Biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə çalışırıq. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını istənilən yolla azad edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol