Abdullah Gül prezident İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. ANN.Az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
O, cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlətimizin başçısına və xalqımıza başsağlığı verib və Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlət başçısı Abdullah Gülün Türkiyə Respublikası Prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























