• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağda qalib olmaq üçün imkanlar yaranıb”

“Qarabağda qalib olmaq üçün imkanlar yaranıb”
06.04.2016 11:33
"Son olaylar hər birimizdən fərqli addımların atılmasını tələb edir. 

Bu da ondan ibarətdir ki, Azərbaycan siyasətçisi və vətəndaşı hərbi əməliyyatlar nəticəsində əldə edilmiş o yüksəklikləri siyasi yüksəkliklərə çevirməyi bacarmalıdır”. 

Modern.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, artıq hərbçi öz üzərinə düşən vəzifəni yerinə yetirib. 

"Qələbənin böyüyü-kiçiyi yoxdu. Vətənin hər qarışı qiymətlidir. Bu uğurlar bütövlükdə qələbədir. Fakt ondan ibarətdir ki, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni icra edib və torpaqlarımızın bir qismini işğaldan azad edib”.

Deputat hesab edir ki, artıq bizlər bu prosesi istər hərbi, istərsə də siyasi cəhətdən irəliyə aparmağı bacarmalıyıq. 

"Artıq bunun üçün yeni yollar açılıb. Odur ki, biz əsgərlə eyni səngəri bölüşməliyik. Əsgərin öz missiyasi, siyasətçinin öz missiyası var və biz bu missiyanı yerinə yetirib, uğurlar əldə etməliyik. Bu gün Azərbaycan tarixində yeni səhifə başlanır. Bu gün məğlubiyyət, mərsiyyə, matəm ruhu aradan qalxan bir səhifə açılıb və bu səhifəni davam etdirmək lazımdır. Hamımız onun fərqində olmalıyıq”.

Z.Oruc vurğulayıb ki, 90-cı illə müqayisədə Rusiya bu gün Azərbaycanla yaxşı münasibətdədir və bundan yararlanmaq lazımdır. 

"Son olaylar zamanı beynəlxalq aləm də Azərbaycanı qınamayıb. Artıq bu vəziyyət erməniləri daha çox narahat etməkdədir. O baxımdam uğurlarımı davam etdirmək, qalib olmaq üçün imkanlar yaranıb və biz bundan yararlanmalıyıq. Misal üçün bu gün Belarusun Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan üçün mənəvi bir sarsıntı olub. Belarusun bu addımı faktiki olaraq Ermənistanın hər zaman arxa hesab etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını parçalamaq demək idi. Rusiya son proseslərə loyal yanaşır. O baxımdam biz ermənilərin Azərbaycan torpaqlarında qazdığı səngərləri onların qəbrinə çevirməliyik. Necə ki, bunu sübut etdik və bu davam etməlidir”.

Z. Oruc əlavə edib ki, bu gün Azərbaycandan fərqli olaraq Ermənistan bir apatiya içindədir və sanki 90-cı illərin Azərbaycanını xatırladır. 

"Əgər o dövrdə Azərbaycanda hərbi birləşmələr müxtəlif siyasi qruplara və ya hərəkatara bağlı idisə, bu gün Azərbaycanın güclü, Ali Baş Komandana tabe yekdil ordusu var. Siyasi elita vahiddir. Bunun əksinə isə Ermənistnda 90-cı illərin Azərbaycanın yaşayır. 90-cı illərdən fərqli olaraq Serj Sərkisyan xalqının gözündə qəhrəman və böyük lider, xilasedici kimi görünmür. O tamamailə başqa formada, necə deyərlər xalqının uçuruma aparan şəxs kimi qəbul edilir. Proses bir az da davam etdikcə, Sərkisyanın iç üzü tam ortaya çıxacaq. O zaman erməni hərbçisi silahının Azərbaycan əsgərinə qarşı deyil, "Sərkisyanlara” qarşı çevirəcək. Erməni xalqı biləcək ki, ona silahı Azərbaycan ordusu açmır. Silahı erməninin boynunun arxasına dirəyən "Sərkisyanlar” açır. Və onlar bu insanları ölümə göndərir. Yaxın zamanlarda Sərkisyana qarşı proseslərin başlanacağının şahidi olacağıq”, - deyə deputat vurğulayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol