• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ATƏT-dəki səfiri: Əvvəlcə beş, sonra iki rayon qaytarılmalıdır

Azərbaycanın ATƏT-dəki səfiri: Əvvəlcə beş, sonra iki rayon qaytarılmalıdır
06.04.2016 11:45
"Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalıdır”.

Daimi Şurada da qeyd etdik ki, Minsk Qrupu formatında Ermənistan və Azərbaycanın iştirakı ilə effektiv danışıqların aparılmasının tərəfdarıyıq. Bunun üçün Ermənistanın hələ də şansı var. Biz münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Hesab edirik ki, ATƏT çərçivəsində qəbul edilmiş qərarlar buna imkan verir. ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur.

ANN.Az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında deyib. O bildirib ki, Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir: 

"Öncədən 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər iki region - Laçın və Kəlbəcər qayıtmalıdır və bunun əsasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycan tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır. Bu məsələdə Minsk Qrupu ölkələrini və həmsədrləri daha fəal olmağa çağırdıq”.
 
Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi bu məsələdə daim Azərbaycanın yanında olduğu üçün Türkiyəyə təşəkkürünü də çatdırıb: 

"Ümid edirik ki, həmsədrlərin regiona səfəri nəticəsində intensiv dialoq və danışıqlara başlaya bilərik”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol