Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Georgi Kvirkaşvili mayın birinci ongünlüyündə Azərbaycana səfər edəcək.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Tbilisidəki səfiri Namiq Əliyev bildirib.
Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.
"Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq", - deyə səfir vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























