“Minsk qrupunun tövsiyyəsi ilə heç nə dəyişməyəcək” - AÇIQLAMALAR

Cəbhədə
baş verən son hadisələrdən sonra ATƏT-in Minsk qrupu atəşkəsin və
sabitliyin yenidən bərqərar olması ilə əlaqədar toplantı keçirib.
Uzun
müddətdir Qarabağ probleminin həllində razılaşma əldə edə bilməyən
Minsk qrupunun sonuncu toplantısından sonra hansısa irəlilərişlərin
olması gözlənilirmi?
Bu sualı ANN.Az-a açıqlamasında politoloqlar şərh ediblər.
"Minsk qrupunun tövsiyyə xarakterli çıxışları heç nəyi dəyişməyəcək” – Qabil Hüseynli

Politoloq
Qabil Hüseynli ANN.Az-a açıqlamasında ATƏT-in tövsiyyə xarakterli
çıxışları ilə heç nəyin dəyişəməyəcəyini dedi: "ATƏT-in Minsk qrupu
bundan sonra açıq-aşkar danışmalıdır. Azərbaycan mövqeyini ortaya
qoymalıdır. Minsk qrupunun fəaliyyətinə əvvəllər mane olan ölkələr
Rusiya və Fransa idi. Ümumiyyətlə, bu qrupun işinin formatı
dəyişdirilməlidir və Minsk qrupuna əlavə səlahiyyətlər verməlidirlər.
Ortada təcavüzkar dövlət və işğal olunmuş torpaqlar var. Bu səbəbdən
təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq etmək hüququ onlara
verilməlidir. Yoxsa tövsiyyə xarakterli çıxışlarla heç nə
dəyişəməyəcək”.
Politoloqun fikrincə, bundan
sonra Azərbaycan daha sərt olmalıdır: "Azərbaycan əlinin stolun üstünə
möhkəm vurmalıdır. Biz yalnız bunu tələb edirik ki, işğal olunmuş
torpaqlarımız geri qaytarılsın, ərazi bütövlüyümüz təmin olunsun və hər
şey beynəlxalq hüququn normalarına uyğun aparılsın. Azərbaycan bu cür
təcavüz ölkəyə qarşı bundan sonra ancaq rəsmi sənədlərlə istəklərinin
hamısını tələb etməlidir. Düzdür, istəklərimizin hamısı real şəkildə
çatmaq çətin olacaq, amma əvvəlki illərə nisbətdə pozitiv
dəyişikliklərin olacağına inanıram".
"Ermənilər özləri də bilirlər ki, atəşkəsi uzatmaqla heç nəyə nail ola bilməyəcəklər” – Rasim Ağayev
Məsələyə
münasibət bildirən politoloq Rasim Ağayevin sözlərinə görə ATƏT-in
Minsk qrupunun səlaiyyətləri yoxdur məsələni həll etsin: "Bu qrupun işi
problemin həll olunmasında bünövrənin hazırlanmasıdır. ATƏT-in Minsk
qrupu BMT-yə, aidiyyatı qurumlara məruzə edir ki, həll olunmalı olan
məsələ nə yerdədir. Bu qrupun işi tərəflər arasında kompromisə razılıq
əldə etməkdir. Biz də bu yolu çoxdan keçmişik. Kompromisi ermənilərdən
gözləməlidirlər”.
"Artıq Moskvanın özü də
ermənilərin təklif, tələb, iddialarından beziblər. Ermənistan da indi
əvvəllər olduğu kimi hamı tərəfindən birmənalı şəkildə yaxşı
qarşılanmır. Onların əlaqələri, mövqeləri genişdi və belə olaraq da
qalır. Ancaq indiki vaxtda yeni bir Azərbaycan meydana gəlib. Azərbaycan
artıq tanınır, onun yaxşı strateji mövqeyi var.” – deyə Ağayev
bildirib.
R.Ağayev məsələ ilə əlaqədar qısa
xatırlatma da edib: "Tanınmış xadim Volter Hikmen o vaxt demişdi ki,
üçüncü dünya müharibəsi Azərbaycandan başlayacaq. Ola bilsin, onun bu
sözləri öz yerini tapsın. Elə bil vəziyyət yaranar ki, Rusiya, Türkiyə,
digər ölkələr bu durumdan çox nazarazı qala bilərlər. Ondan da başa
düşəcəklər ki, bunun günahı Azərbaycanda yox, təcavüzkar ölkə olan
Ermənistandadır. Çünki BMT-nin 4 qərarına Ermənistan hələ də əməl etmir.
Onlar regionda özbaşınalıq edirlər. Bu da qəbul olunmazdır”.
Politoloq
daha sonra atəşkəsin uzun müddətli olub-olmayacağına da münasibət
bildirdi: "İndi demək olmaz atəşkəs nə vaxta kimi davam edəcək. Bunu
hadisələrin özü göstərəcək. Ermənilər özləri də bilirlər ki, atəşkəsi
uzatmaqla heç nəyə nail ola bilməyəcəklər. Cəbhədə baş verən son
hadisələr Ermənistana bir daha göstərdi ki, Azərbaycan istənilən an
döyüşə hazırdı”.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























