• $
  • €
  • ₽
  • ₺
  • £

"Naxçıvandakı atışma Türkiyəyə tələdir" - AÇIQLAMALAR

"Naxçıvandakı atışma Türkiyəyə tələdir" - AÇIQLAMALAR
07.04.2016 15:56
"Rusiyanın əsas məqsədi Naxçıvanı bəhanə edərək, Türkiyəni bu problemə cəlb etməkdir” – bunu ANN.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra, Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.


Ermənistanın Qarabağdakı uğursuz əməliyyatından sonra Naxçıvan istiqamətindəki hücumun arxasında nə dayanır?

Bu sualı ANN.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa və hərbi ekspert Üzeyir Cəfərli şərh etdilər.

"Ermənilər Naxçıvana qəsdən hücum ediblər” – Fazil Mustafa
 


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın sözlərinə görə, ermənilərin Naxçıvana hücumunun əsas məqsədi diqqəti Qarabağ problemindən yayındırmaqdır: "Amma bizim üçün fərqi yoxdur, vətən torpağıdır, hamısını müdafiə edib, erməniləri bütün cinahlardan zərbə altında saxlamalıyıq”.

Millət vəkili ermənilərin Naxçıvana hücumunu onların növbəti hiyləsi adlandırdı: "Ermənilər Naxçıvana hücum etməklə qəsdən Rusiya Türkiyə münasibətlərini gərginləşdirilməsini istəyirlər. Amma düşünmürəm ki, Rusiya və Türkiyə tərəfdən ermənilərin  hazırladığı bu təxribata uyan olsun. İndiki vəziyyətdə bütün fəaliyyət və işlər Qarabağ problemi üzərində cəmləşib. Ermənilərin bu hiyləsi çox güman baş tutumayacaq”.

"Naxçıvanı da bu prosesə qoşmaq Rusiyanın çoxdankı arzusu idi” – Üzeyir Cəfərli
 


Hərbi ekspert Üzeyir Cəfərli Naxçıvana hücumun Rusiyanın çoxdankı planı olduğunu dedi:  "Ermənistanın Naxçıvan tərəfdən atəşkəsi pozması, onların havadarlarını açıq hədəfə çıxardır. Bu gün söhbət tək Qarabağdan yox, Naxçıvandan da gedir. Naxçıvanı da bu prosesə qoşmaq Rusiyanın çoxdankı arzusu idi. Bəzən hər şeyi adı ilə çəkməyə ehtiyat edirik, ancaq bugün çəkinmək lazım deyil. Artıq bu bəllidir, Rusiya Naxçıvanı bu prosesə qoşmaqla Türkiyəni də bu problemə cəlb etmək istəyir. Rusiyanın bu istəyini də Ermənistan həyata keçirir. Ermənilər bu addımı ilə çox ağılsız hərəkət edirlər. Onlar "Dağlıq Qarabağ”da uğursuzluqlara düçar olduqdan sonra hansı ağılla Naxçıvana hücum etmək fikrinə düşüblər? Ən müasir silahlarla, döyüş helikopteri və artileriya, raket qurğuları ilə təchiz olunan Naxçıvana qarşı hər hansı bir təxribatın həyat keçirməsi ağılasığmazdı. Ermənilərin atdığı bu addım onlara çox baha başa gələcək. Çünki Naxçıvan kifayət qədər ciddi mühafizə olunur.  Naxçıvana görə Türkiyə silahlı qüvvələri də  məsuliyyət daşıyırlar. Bu səbəbdən hadisələr birbaşa Azərbaycanla yanaşı, Türkiyəyə də ünvanlanmış təxribatdır. Rusiya Naxçıvanı bəhanə edərək əvvəlcə Türkiyə ilə söz savaşına, daha sonra isə müharibə elan edib özünü o ölkə qarşısında sınamaq istəyir”.  

"Ən dəhşətlisi isə odur ki, ATƏT-in Minsk qrupunun üzvləri, Minsk qrupuna üzv olan ölkənin Xarici İşlər Naziri Sergey Lavrovun Bakıda olduğu vaxtda belə ermənilər atəşkəs rejimini pozublar.   Sözsüz ki, Azərbaycan tərəfi hələ də səbr, dözüm göstərir, amma onların bu etdikləri cavabsız qalmayacaq.” – deyə Ü.Cəfərli bildirdi.  

"Ermənistan Cənubi Qafqazda Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyir” – Elxan Şahinoğlu
 


Məsələ ilə əlaqədar «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sosial şəbəkə də öz fikirlərini bölüşüb. Onun fikrincə, Ermənistanın Naxçıvana hücumunun əsas məqsədi Türkiyə ilə Rusiyanı yenidən üz-üzə qoymaqdır: "Ermənilər uzun illərdən sonra Naxçıvana da atəş açmağa başlayıblar. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyir. Çünki, Türkiyə ən azı Qars müqaviləsindən çıxış edərək Naxçıvanın uzun müddət atəş altında saxlanılmasına seyrci qalmayacaq. Şübhə etmirəm ki, yaxın günlərdə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Naxçıvanla bağlı Ermənistanı xəbərdar edəcək. Ermənistan bundan sonra da Naxçıvana qarşı təxribatlarını davam etdirərsə, Qarabağ istiqamətində atəşkəsə riayət etməyə Azərbaycanın səbəbi qalmayacaq”.

Orxan Aslanlı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol