• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: Dünyada insanların terrora məruz qalması hələ də baş verir

Prezident: Dünyada insanların terrora məruz qalması hələ də baş verir
08.04.2016 22:58
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən III beynəlxalq elmi konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, müraciətdə deyilir: 

"Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
Müasir dövrdə dinc birgəyaşayış normalarının təmin edilməsi, multikulturalizm ideyalarının bərqərar olması bütün bəşəriyyət üçün öz aktuallığını saxlayır. Təəssüf ki, hələ də dünyada milli, irqi, dini və digər əlamətlərinə görə insanların terrora məruz qalması, kütləvi şəkildə qırılması və deportasiya edilməsi kimi hadisələr baş verir. Yalnız zorakılığa, qanlı cinayətlərə və soyqırımlarına yol açan bütün hallara qarşı hamılıqla mübarizə aparılacağı təqdirdə, indiki və gələcək nəsilləri ağır bəlalardan qorumaq mümkündür”.

Dövlət başçısı qeyd edib ki, tarixin müxtəlif mərhələlərində çətin sınaqlardan keçmiş Azərbaycan və digər türk-müsəlman xalqlarının üzləşdikləri soyqırımı hadisələrinə də obyektiv hüquqi-siyasi qiymətin verilməsi mühüm vəzifə kimi qarşımızda durur: 

"Soyqırımı aktı təkcə onun qurbanlarına qarşı deyil, həm də bütün bəşəriyyət əleyhinə törədilmiş ağır cinayət hesab edilir. 

Cinayətkarların beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli cəzalarına çatması və gələcəkdə belə halların qarşısının alınması üçün ilk növbədə tarixin qanlı səhifələrinin dərindən öyrənilməsi, proseslərin adekvat elmi dəyərləndirilməsi zəruridir. Ona görə də müxtəlif ölkələrin elm adamlarının səylərinin bu istiqamətdə birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, Azərbaycan xalqının başına gətirilən amansız soyqırımların izlərinin hələ də itmədiyi Şamaxı şəhərində keçirilən III beynəlxalq elmi konfrans da əvvəlki toplantılar kimi faydalı olacaq, tarixi gerçəkliyin üzə çıxarılmasına, haqq və ədalətin zəfər çalmasına xidmət edəcəkdir. Sizə bu şərəfli işinizdə uğurlar arzulayıram”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol