• $
  • €
  • ₽
  • ₺
  • £

Medvedev: "Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qalsın"

Medvedev: "Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qalsın"
09.04.2016 14:53
"Mənim Dağlıq Qarabağda hadisələrin necə inkişaf etməsi və ən əsası nəyi etməyin vacibliyi barədə artıq öz təsəvvürlərim var”.
 
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev "Rossiya” kanalına müsahibəsində deyib.
 
Baş nazir bildirib ki, baş vermiş hadisələrlə bağlı hər iki ölkəyə səfər edərək ölkə rəhbərlikləri ilə müzakirələr aparıb: "Bizim Azərbaycanla və Ermənistanla əsrlərlə mövcud olan əlaqələrimiz var. Müəyyən müddətdə ümumi dövlətçilik tariximiz də olub. Bizim tərəfdaşlıq əlaqələrimiz mövcuddur. Biz yanaşı yaşayırıq. Hər iki ölkədən xeyli insan Rusiyada işləyir. Yəni bizim əlaqələrimiz o qədər çoxtərəflidir ki, belə hadisələrin baş verdiyi zaman həmkarlarımız kömək, dəstək və Rusiyanın göstərdiyi vasitəçilik xidmətləri üçün bizə müraciət edir”.
 
D. Medvedev bildirib ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir: "Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol