Maskalı ermənilər azərbaycanlılara silahlı hücum etdi - ФОТО

Fransanın paytaxtı Parisdə Ermənistan əleyhinə keçirilən aksiya iştirakçılarına hücum olub. ANS PRESS-in məlumatına görə, Ermənistanın Parisdəki səfirliyinin qarşısında Ermənistanın son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.
Aksiya Paris Azərbaycan Evi Assosiasiyasının təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutub.
20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, kimyəvi maddə və digər küt alətlərlə silahlanaraq Parisdə Ermənistan səfirliyinin qarşısında dinc şəkildə etirazlarını bildirən 200-dən çox azərbaycanlıya qarşı zorakılıq tətbiq ediblər.
Paris Azərbaycan Evinin sədr müavini Mehri Quliyeva ermənilərin təxribatı ilə bağlı ANS TV-ə açıqlama verib. O bildirib ki, azərbaycanlılar dinc aksiya keçirərkən Parisdə yaşayan radikal erməni qrupunun gənclərdən ibarət qolu təxribat törədərək silahlı hücum edib.
Onun sözlərinə görə, hücum zamanı azərbaycanlılardan yaralananlar olub. Polisin köməkliyi ilə onların qarşısı alınıb və bir neçə radikal erməni saxlanılıb
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























