• $
  • €
  • ₽
  • ₺
  • £

Brayza: Qarabağdakı vəziyyətə Putin nəzarət edir

Brayza: Qarabağdakı vəziyyətə Putin nəzarət edir
12.04.2016 17:41
ABŞ-ın Bakıdakı sabiq səfiri münaqişədən yazdı.

Dağlıq Qarabağda münaqişənin həll edilməsində Moskva müstəqil olaraq fəal şəkildə fəaliyyət göstərir, eyni zamanda Vaşinqton Ermənistan və Azərbaycan arasında baş verənlərdə iştirak etmir. 

Rusiya hakimiyyəti Cənubi Qafqaz dövlətlərini Qərbdən uzaqlaşdıraraq bundan istifadə edir. 

Oxu.Az Regnum-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza "The Washington Post” qəzetində dərc olunmuş yazısında qeyd edib.  

Onun fikrincə, Moskva yalnız regionda öz nüfuzunu möhkəmləndirir – Rusiya prezidenti Vladimir Putin isə qətiyyətlə hərəkət edir ki, "Rusiyanın beynəlxalq nüfuzunu möhkəmləndirsin və Bakı ilə İrəvanı Qərbdən uzaqlaşdırsın”.

Brayza xatırladıb ki, Rusiya və ABŞ ATƏT-in Qarabağ münaqişəsi üzrə 1994-cü ildə yaradılmış, Minsk qrupu çərçivəsində əməkdaşlığa davam edirdilər və məqalənin müəllifi də onun işində 2006-cı ildən 2009-cu ilə qədər iştirak edib. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva və Vaşinqton arasında əməkdaşlığın olmamasından təəccüblənir. 

"Bir çox ermənilər və azərbaycanlılar xarici oyunçunun öz dar siyasi maraqlarına görə, yerli hərbi rəisləri münaqişənin bərpasına sövq edəcəklərindən qorxublar”, - Brayza yazır.

Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir. 

Ağ Ev son hadisələrlə bağlı, hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb, Brayza yazır. 

Məqalənin müəllifi hesab edir ki, regiona belə diqqətsizlik Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. Kreml bu regionu öz məqsədləri üçün istifadə edir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol