• $
  • €
  • ₽
  • ₺
  • £

Terrordan necə qorunmalı – Maarifləndirici

Terrordan necə qorunmalı – Maarifləndirici
13.04.2016 12:46
Son zamanlar bir çox ölkələrdə (Türkiyə, İraq, Əfqanıstan, Suriya) tez-tez terror hadisələri baş verir. Nəzərə almalayıq ki, bu ölkələrdə Azərbaycan vətəndaşları var. Təəssüf ki, onların da terrorun qurbanına çevrilməsi ehtimalı yarana bilər.

Terror hadisələrinin intensivləşdiyi, partlayışların səngimədiyi ərəfədə xarici ölkələrdə (müvəqqəti) yaşayan vətəndaşlarımız terrordan necə qorunmalıdır?

Bu sualı ANN.Az-a sabiq MTN əməkdaşı, "Şərq – Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri Ərəstun Oruclu, kriminalist, sabiq MTN əməkdaşı İlham İsmayıl və sabiq polis polkovniki Mahmud Hacıyev şərh etdilər.

"Terror barədə edilən xəbərdarlıqlar ciddi qəbul edilməlidir” – Ərəstun Oruclu
 


Ərəstun Oruclunun sözlərinə görə, vətəndaşlarımız hər şeydən əvvəl terror riski az olan ölkələr arasında seçim etməlidirlər: "Hər hansı bir ölkədə terror adi bir hala çevrilibsə, yəni istənilən vaxt partlayışlar olursa, şəhər xarabalığa çevrilirsə, maksimal dərəcədə həmin ölkələrə səfər etməkdən çəkinmək lazmdır. Gündəlik xəbərlər proqramını və informasiya portallarını izləməklə bu cür ölkələri digərlərindən fərqləndirmək olar”.

Ərəstun bəy ümumiyyətlə terrordan qorunmağın mümkün olmadığını xüsusi vurğuladı: "Heç kim terrordan siğortalanmayıb. Heç kim heç vaxt deyə bilməz, terror harda baş verəcək ki, o ölkələrə də getməsin və yaxud terror olacağı vaxt getməsin. Sentimental şəkildə desək, terror namərd bir əməldi. O, heç bir vaxt özü haqda xəbər vermir”.

"Şərq – Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri vətəndaşlar üçün edilən terrorla bağlı xəbərdarlıqların ciddiyə alınması tövsiyyə edib: "Belə xəbərdarlıqlar ciddi qəbul edilməlidir. Misal olaraq Ankarada baş vermiş terror hadisəsini deyə bilərik. ABŞ səfirliyi terror olan ərəfədə orada yaşayan vətəndaşlarına terrorla bağlı xəbərdarlıq etmişdi. Terror adətən insanların ən çox toplaşdığı yerlərdə törədilir. Belə yerlərə adətən turistlər daha çox gəlir. Terror törədilməsində əsas məqsədlərdən biri də maksimum dərəcədə daha çox ölü sayına nail olmaqdır ki, effekt yaransın. Xarici ölkələrə səfər edən vətəndaşlarımız tanımadığı, bilmədiyi insanlarla təmasda olmamalıdırlar. Çünki bir sıra hallarda terrorçular məhz hansısa bir söhbətdən qalmaqal yaradırlar ki, ətraflarına daha çox insan toplaşsın. Bu, hər bir terrorçu üçün xarakterikdir. Ümumiyyətlə, vətəndaşlar belə vəziyyətlərdə hər tərəfə göz gəzdirməlidirlər. Özünü şübhəli aparan insan gördükdə dərhal polisə məlumat verməlidirlər. Bu saydıqlarımızın hamısı insanın özünü müdafiə vasitələridir. Əslində isə terrordan heç kim siğortalanmayıb”.

 "Heç kim gəzmək üçün Suriyaya getməz” – İlham İsmayıl
 
 

Sabiq MTN polkovniki İlham İsmayıl terrordan qorunmağı belə izah etdi: "İnsan əvvəl düşünməlidir ki, getdiyi ölkələrdə vəziyyət necədir. Biri var Lüksembruqa, İsveçə səfər edəsən, biri də var Pakistana, İraqa, Əfqanıstana. Yəqin bu ölkələr arasındakı fərqi hamı bilir. Bugünki vəziyyəti nəzərə alıb, heç kim gəzmək üçün Suriyaya getməz. Terror elə bir şeydir ki, istənilən ölkədə baş verə bilər. Norveç kimi sakit ölkədə bir neçə il əvvəl 100-ə yaxın insan öldürüldü.  Heç kim gözləməzdi ki, o, ölkədə bu qədər insan öldürülsün. Son hadisələri nəzərə alsaq, terrorun ən çox hansı ölkələrdə baş verdiyini deyə bilərik. Ancaq terrorun baş verdiyi ölkədən ölkəyə də fərq var”.

"Adətən terror məsələsində xarici ölkədə olan səfirliklər daha ciddi çalışmağa başlayırlar. Çünki ölkədə terror olduqdan sonra səfirlik vətəndaşları həmin ölkəyə və ya əraziyə səfər etməyə çəkindirir. Hətta elə vaxtlar olub, səfirliklər Azərbaycana gəlməmələri üçün vətəndaşlarına xəbərdarlıq ediblər.  Ancaq səfirliklər xəbərdarlıqlarının da gərək bir əsası olsun. Boş məlumatlarla gərək vətəndaşları gedəcəkləri ölkədən yayındırmasınlar. Bu, həmçinin iki ölkə arasında gərginliyə də səbəb ola bilər. Misal üçün Vyana dünyanın ən turistik şəhərlərindən biridir. Orayla bağlı arzuolunmas bəyanat səsləndirilsə, oraya olan turist axını dayanacaq”. – deyə İ.İsmayıl bildirdi.

"Vətəndaşlarımız ən incə məqamlarda belə həssas olmalıdır” – Mahmud Hacıyev
 


Kriminalist Mahmud Hacıyev heç bir ölkənin terrordan siğortalanmadığını bildirdi: "Terrora hazırlaşan qrup elə ustalıqla, mükəmməl şəkildə işini planlaşdırır ki, ən incə məqamları belə düşünür. Son vaxtlar dünya ölkələrində baş verən terror hadisələrinə baxsaq, əksər partlayışları kamikadzelərin həyata keçirdiyini görərik. Terror hər bir ölkədə baş verə bilər.  Hətta dünyanın ən hüquqi – demokratik ölkələri sayılan ABŞ, Kanada, İtaliya, Fransa, Böyük Britaniya da belə terror faktları baş verir. Həmin ölkələrin hüquq mühafizə və əks kəşfiyyat sistemləri nə qədər güclü olsa da, bu, onların terrordan qorunmasına əsas vermir. Terrordan heç kim siğortalanmayıb. Vətəndaşlarımız terror olan ölkələrə getməməyi onunla əsaslandırılar ki, orada bizi hər an ölüm gözləyə bilər. Ancaq dünyanın ən sakit ölkəsində elə partlayışlar baş verə bilər ki, ölənlərin sayı 1000 nəfərdən çox olar”.

Terrordan necə qorunmaq məsələsinə gəlincə, sabiq polis polkovniki xarici ölkələrə tez-tez səfər edən vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırdı: "Bir az həssas olmaq lazımdır. Onlar gedib-gəldikləri yerlərə daha çox diqqət yetirməlidirlər. Gözləri açıq olmalıdır. Gözü açıq olmaları o deməkdir ki, yəni ətrafında olan insanlara, ünsiyyətdə olduqları şəxslərə fikir verməlidirlər. Ətrafda baş verənlərə daima nəzər yetirməlidirlər.  İctimai nəqliyyat, metro və digər nəqliyyat vasitələrində olan hərəkətsiz əşyalara belə diqqət etməlidirlər. Həmçinin vətəndaşlarımız hüquqi cəhətdən az da olsa biliyə malik olmalıdır”.

"Bomba partlayışının ilk təsiri səs gücündədir” - Yusif Ərdəm
 


Türkiyəli tibbi ekspert, kriminal psixiatriya və klinik psixologiya üzrə mütəxəssis Yusif Ərdəm terror nəticəsində yaranan partlayışların dilə gətirilməyən fəsadlarından söz açıb. Yusif Ərdəm partlayışlar zamanı insanların çox dəhşətli şəkildə öldüyünü xatırladır. O bildirir ki, bomba partlayışının ilk təsiri səs gücündədir. Bir kq trotil gücündə partlayış baş verəndə, elə partlayış anındaca səsin təsirindən insanların ağciyəri, dalağı, bağırsağı, qulağının pərdəsi dağılır. Sonra təxminən 3000 dərəcə istiliyində alov qalxıb adamları qovurur. Bundan sonra qəlpələr öz işini görür, bədən, daş, divar, dəmir demədən hər kəsi, hər şeyi dəlmə-deşik edir. Sadalanan bu hadisələrin hamısı məhz bir saniyənin yarısında baş verir.

Müəllifin sözlərinə görə, bir kq trotil gücündəki partlayışdan 350-400 kvadratmetr sahədə bütün quşların ciyəri dağılır və təbii ki, onların hamısı tələf olur. Eyni aqibət partlayışın 100-200 metrliyindəki küçə itlərinə, pişiklərə də aiddir.

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol