• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavəndə kimi irəliləmişdilər - Erməni hərbçi

Xocavəndə kimi irəliləmişdilər - Erməni hərbçi
13.04.2016 13:10

Aprelin 2-nə keçən gecə başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun təmas xəttinin cənub istiqamətində necə uğurlu hücum əməliyyatı keçirdiyini düşmən hərbçiləri də etiraf edib.

Virtualaz.org  xəbər verir ki, bu haqda "RİA Novosti” agentliyinin Cəbrayıl rayonunun işğal altında olan ərazilərindən, Ermənistan hərbi birləşmələrinin mövqelərindən hazırladığı reportajda deyilir.

Bildirilir ki, hazırda bu istiqamətdə nisbi sakitlik hökm sürür, ermənilər geri çəkiləndən sonra yeni mövqelərində möhkəmlənirlər və yeni mümkün döyüşlərə hazırlaşırlar. Rusiyalı jurnalist bir vaxtlar abad şəhər olan Cəbrayıldan indi xarabalıqların qaldığını, azərbaycanlıların evlərini tərk etməsindən sonra kəndlərin xarabalığa çevrildiyini yazır. Bildirir ki, hazırda Cəbrayılın xarabalıqları arasında erməni tankları gizlənib.

Erməni tank batalyonunun "zampolit”i Artak aprelin 2-nə keçən gecə döyüşlərin necə başladığını danışıb. "Bizi çox güclü işlədilər - mən heç 90-cı illərdəki müharibədə də belə şey görməmişdim. O qədər "Qrad” və "Uraqan” raketləri uçurdu ki, mən göyün üzünə baxıb "300 spartalı” filmini xatırladım. Orada da uçan oxlardan göyün üzünü görmək olmur”-erməni zabit danışır.

Artak deyir ki, güclü artilleriya hazırlığının ardınca azərbaycanlılar hücuma keçib təmas xəttinin kifayət qədər geniş sahəsində -Cəbrayıldan tutmuş 40 kilometr şimalda yerləşən Martuniyə (Xocavənd) qədər erməni müdafiə xəttini əzib keçdi.

Reportajda deyilir ki, həmin günlərdə Azərbaycan ordusu qısa müddət ərzində hətta Xocavəndi də tutub, ancaq orada möhkəmlənə bilməyib və geri çəkilib. "Qarabağ qüvvələrinin birinci müdafiə xəttinin köməyinə tanklar-köhnə T-72 lər yetişdi. İndi vurulmuş erməni tanklarının fraqmentlərinə həm təmas xəttində, həm təmas xəttinin dərinliklərində rast gəlmək olar. Həmin döyüşdə "sağ qalan” texnika isə döyüşlərin başlaması ehtimalına qarşı təmas xəttinin yaxınlığında mövqe tutub”-RİA Novosti yazır.

"Azərbaycanlıların arsenalı müasirdir, onlar Rusiyadan, İsraildən, Türkiyədən, Belarusdan və Ukraynadan silahlar alırlar. Bax məsələn, bu tank Türkiyə-İsrail tank əleyhinə raket kompleksi ilə vurulub”-erməni zabit qülləsi qopub yüz metr kənara düşən T-72 tankını göstərir. O, deyir ki, raketi tanka pilotsuz təyyarə yönləndirib - koordinatlarını ötürüb və bundan sonra raketi buraxıblar.

"Azərbaycanlıların mövqeyi bizdən cəmi 400 metr məsafədədir. Hətta Azərbaycan bayrağını görmək olar”-Artak deyir. "Onlar səngər qazırlar, bizi görəndə qışqırırlar: "Salam, Vazgen!”. Biz də onlara əl yelləyirik. Atəşkəsdir!”-erməni "zampolit” əlavə edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol