• $
  • €
  • ₽
  • ₺
  • £

Liberman: Qarabağda təxribat Ermənistan tərəfdən olub

Liberman: Qarabağda təxribat Ermənistan tərəfdən olub
15.04.2016 15:39
"Münaqişə İlham Əliyev ABŞ-da olarkən yenidən alovlandı”.

"İsrail bizim evimizdir” partiyasının lideri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman "NEWSru.co.il” redaksiyasının suallarına cavab verib. 

Oxu.Az xəbər verir ki, müsahibədə Qarabağ ətrafında bu yaxınlarda erməni-Azərbaycan münaqişəsinin gərginləşməsinə də toxunulub. A.Liberman Ermənistanı açıq şəkildə münaqişəni yaradan tərəf adlandırıb.

- Siz bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini doğru hesab etdiyinizi bildirmisiz. Bakıya dəstəyiniz nəyə əsaslanıb?

- Mən bu regionda hadisələrin inkişafını diqqətlə izləyirəm və əminəm ki, bu dəfə təxribat qarşı tərəfdən olub. Münaqişə İlham Əliyev ABŞ-da Obama ilə görüşdə olarkən yenidən alovlandı. Belə qərarlar dövlət başçısı xaricdə olarkən qəbul edilmir. Bundan başqa, Azərbaycanda iqtisadi vəziyyət əvvəlki kimi deyil. Neftin və qazın qiymətlərinin ucuzlaşması ilə əlaqədar onların valyutası iki dəfə devalvasiyaya uğrayıb. Bu münaqişə onlar üçün ən uyğunsuz vaxtdır. Bundan başqa, danışıqlarda Rusiya və ABŞ nümayəndələri də iştirak edib, bakılılar özlərini yetərincə təmkinli və məsuliyyətli aparırdılar. 

- Tərəflərdən birini dəstəkləməyiniz İsraildə seçkilərdə sizə səs bahasına başa gələ biləcəyindən çəkinmirsiniz? Rusiya və Ukrayna arasındakı münaqişə zamanı İsrail siyasətçiləri, siz də o cümlədən belə ifadələri işlətməkdən qaçırdınz. 

- Çünki Rusiya və Ukrayna arasında münaqişədə biz mövqe tuta bilmərik, orada hər şey belə sadə və aydın deyil. Hazırkı vəziyyətdə isə hər şey tamamən aydındır – münaqişə yaratmaq üçün Azərbaycanın səbəbi yox idi. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol