Diplomatımızın Rusiyada döyüldüyü təsdiqləndi

"Aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, E. Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.
İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E. Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























