• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan XİN-dən Sarkisyana CAVAB

Azərbaycandan XİN-dən Sarkisyana CAVAB
19.04.2016 22:50
Ermənistan rəhbərliyi aprelin əvvəlində qoşunların təmas xəttində törətdiyi uğursuz və məsuliyyətsiz hərbi avantüradan nəticə çıxarmaq və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə təxribatçı əməllərini və müharibə ritorikasını davam etdirməkdədir.
 
Cəbhə xətti boyunca atəşkəsin Ermənistan tərəfindən pozulmasının intensivləşməsi Ermənistan rejiminin yürütdüyü siyasətin nəticəsidir.
 
Oxu.Az-ın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində söylədiklərini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev qeyd edib ki, işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək vəziyyətin daha da gərginləşməsində maraqlı olan Ermənistan rəhbərliyinın çıxışında regionun gələcəyi, Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin normallaşdırılması və davamlı sülh və təhlükəsizliyin təmin olunması barəsində bir dənə olsun belə ifadə yoxdur: "Hərbi diktatorla xas populizm və süni vətənpərvərlik tezisləri ilə Ermənistan rəhbərliyi ölkəsinin gənclərini etnik nifrətə, müharibə və qırğınlara sürükləyir. Bu vasitə ilə Ermənistan rejimi 70 faizdən artığı yoxsulluq şəraitində olan Ermənistan ictimaiyyətini aldatmaq, uğursuz hərbi avantüraya görə hərbi itkilərdən diqqəti yayındırmaq və cəmiyyətdə tamamilə itirilmiş nüfuz və etimadını bərpa etməyə cəhd edir”. "Xocalı soyqırımının törədilməsində və bir milyondan artıq azərbaycalının etnik təmizlənməsində şəxsən iştirak etmiş Ermənistan siyasi-hərbi rəhbərliyinin müharibə cinayətlərindən danışması ikrah doğurur. 90-cı illərin təfəkkürü ilə yaşayan və reallıq hissini itirən Ermənistan rəhbərliyinin aprel ayının əvvəlində mülki Azərbaycan əhalisini hədəfə alaraq, yenidən törətmək niyyətində olduğu müharibə və bəşəriyyət əleyhinə cinayət əməllərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə alındı. Dəyişən hərbi status-kvonun fonunda Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalı heç vaxt gözlədiyi siyasi nəticəni verə bilməz. Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü təmin etmək məqsədilə BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh bərqərar olar”, - deyə Hikmət Hacıyev qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol