Ermənilər Tərtərdə 100-dən artıq mal-qaranı məhv edib

Ermənilərin cəbhəboyu ərazilərdə təxribat törətməsi nəticəsində Tərtərdə fərdi təsərrüfatlara da ciddi ziyan dəyib.
Tərtər rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, erməni silahlı birləşmələrinin rayonun kəndlərini atəşə tutması nəticəsində şəxsi təsərrüfatlarda 11 baş iribuynuzlu, 103 baş xırdabuynuzlu heyvan tələf olub.
Bundan başqa, ermənilərin ağır artilleriya zərbələrindən rayon ərazisindəki şəxsi təsərrüfatlardan 6 at, 1000 başdan artıq ev quşu tələf olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























