MN: Ermənilərin artilleriya atəşindən Tərtərdə 20 evə ziyan dəyib

Cəbhənin Tərtər istiqamətində vəziyyət sabitləşib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
Qurum rəsmisi deyib ki, ötən gecə ermənilərin Tərtər şəhərini ağır artilleriyalardan atəşə tutması nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Onlardan 19 evə qismən ziyan dəysə də, 1 ev ciddi zədələnib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
V. Dərgahlı bildirib ki, Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə layiqli cavab zərbələri endirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























