• $
  • €
  • ₽
  • ₺
  • £

PA rəsmisi: “Bizə deyirlər daha 25 il də danışıqlar aparın”

PA rəsmisi: “Bizə deyirlər daha 25 il də danışıqlar aparın”
27.04.2016 10:11
"Düşünməliyik ki, hansı səbəblərdən terror qrupları yaranır? Biz bunu yaxşı anlamasaq, başa düşməsək, uğur əldə edə bilmərik”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.
O bildirib ki, Sovet İttifaqının süqutundan sonrakı vəziyyət analiz edilməlidir: "Dünyada 50 ölkənin çətin vəziyyətdə olduğunu görürük. Bunun səbəbləri nədir? Düşünürəm ki, burada ədalət prinsipləri pozulub. İŞİD məsələsinə müxtəlif prizmalardan yanaşırıq. Baxın, 220 gənc qız bu terror qrupu tərəfindən girov götürülüb. Beynəlxalq təşkilatlar isə bu məsələdə real addım atmır. Dünya ölkələri beynəlxalq hüquq normaları ilə bağlı məsuliyyət daşıyırlar”.

N.Məmmədov Dağlıq Qarabağ mövzusuna da toxunub: "Ermənistan Qarabağı və ətraf yeddi rayonu işğal edib. Amma beynəlxalq təşkilatlar bu məsələdə susur. Bizə deyirlər, danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın. Bu vəziyyət nə qədər davam edə bilər? Hələ də deyirlər ki, problemi özünüz həll edin. Bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol