Ağdamda ermənilərin dağıtdığı evlərin sayı 76-ya çatdı

Erməni silahlı birləşmələrinin endirdiyi artilleriya zərbələri nəticəsində Azərbaycanın Ağdam rayonunda dağılmış evlərin sayı 76-ya çatıb.
Bu barədə "Report" Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xatırladaq ki, aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























