Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim keçirildi

Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində "Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi" mövzusunda komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan Döyüş Gəmiləri Dəstəsinin gəmi zərbə qruplarının fəaliyyəti işlənilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























