• $
  • €
  • ₽
  • ₺
  • £

Spiker: "Ermənilər başlarını itiriblər"

Spiker: "Ermənilər başlarını itiriblər"
29.04.2016 12:46
"Bəzi saytlarımız var ki, onlar daha çox silahların növləri, onların hansı məsafədən atılması, yaxud necə idarə olunması ilə bağlı məlumatlar yazırlar. Halbuki indiki şəraitdə cəbhəboyu ərazilərdə baş vermiş hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha dəqiq və dolğun çatdırmaq istiqamətində səyləri gücləndirmək lazımdır".

"Report"un məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsdəov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlamentdə deputatlar bu məsələlərdən danışan zaman da diqqətli olmalıdırlar: "Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sədrləri xarici ölkə deputatlarına, beynəlxalq təşkilatlarda olan həmkarlarına məktub yazmağa üstünlük verməlidir. Həmin məktublarda da həqiqətlər çatdırılmalıdır. Düzdür, məktublar yazılıb, amma bu azdır. Odur ki, bu məsələdə daha aktiv olmaq lazımdır".

O.Əsədov ABŞ senatorlarının yazdıqları məktublara da toxunub: "ABŞ senatorları məktub yazırlar və Azərbaycanı təcavüzkarlığı dayandırmağa çağırırlar. Ona görə də bilməyənləri qandırmaq, başa salmaq lazımdır. İndiki dövrdə burada danışmaqdan daha çox parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri xaricdə olan öz həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır. Çoxları, nəinki Azərbaycanın harada olduğunu bilmir, heç problemdən də xəbərləri yoxdur. Ad çəkmək istəmirəm. Ancaq bu yaxınlarda Avropanın nümayəndələrinin qarşısına xəritə qoymuşuq. Onların heç Dağlıq Qarabağın işğal olunmasından da xəbərləri yoxdur. Bu istiqamətdə işimizi artırmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə yazıb göndərirlər. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq".

Milli Məclis sədri əlavə edib ki, hazırda ermənilər başlarını itiriblər və ağızlarının dediyini qulaqları eşitmir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol