• $
  • €
  • ₽
  • ₺
  • £

"Sarkisyan bu cür bəyanatlarla vaxt uzatmağa çalışır" - AÇIQLAMALAR

"Sarkisyan bu cür bəyanatlarla vaxt uzatmağa çalışır" - AÇIQLAMALAR
29.04.2016 13:52
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürüb:
 
1) insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
2) ünvanlı bəyanatlar;
3) Azərbaycanın "DQR”ə qarşı aqressiyaya əl atmayacağı zəmanəti;

Bir müddət bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan "Bloomberg" agentliyinə müsahibəsi zamanı, 2011-ci ildə qoşunların 5 rayondan çıxarılmasına hazır olduğunu deyib: "2011-ci ildə Kazan şəhərində Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarının 5 rayondan çıxarılmasına və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır idik. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü”.  

Serj Sarkisyanın danışıqlardan imtina etdiyi deyilirdi, indi isə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün şərtlər irəli sürür.

Ermənistan prezidenti bununla nə etməyə çalışır?

Bunu ANN.Az-a açıqlamalarında  Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev, siyasi şərhçi Zərdüşt Əlizadə və politoloq Ələsgər Məmmədli şərh etdilər.

"Sarkisyan daxili auditoriya üçün bu cür bəyanatlar vermək məcburiyyətindədir" - Fərəc Quliyev


Milli Məclisinin üzvü Fərəc Quliyev Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün irəli sürdüyü şərtlərin üçünün də əsassız olduğunu dedi: "Sarkisyan daxili auditoriya üçün bu cür bəyanatlar vermək məcburiyyətindədir. Çünki ölkənin daxili və xarici siyasəti demək olar parçalanır.  Aprelin əvvəlində gedən 4 günlük müharibədən sonra onlar hərbi sahədə Azərbaycandan xeyli geridə olduqlarını bildilər. Buna görə də başa düşürlər ki, vəziyyətləri getdikcə pisləşəcək”.

"İkinci istəkləri ondan ibarətdir ki, kənardan onlara ultimativ bəyanatlar gəlməsin. Ermənistan istəyir ki, işğal edən ölkə ilə, işğal olunan ölkəyə eyni münasibət bəslənsin, bu da mümkün deyil. Ermənistan Azərbaycan ərazisini işğal edib, buna görə daha sərt cəzalara məruz qalmalıdır. Ən azından BMT-nin 4 bəyanatının həyata keçməsi üçün BMT nizamnaməsinə görə sanksiyalar tətbiq edilə bilər. Ancaq bir məsələ də var. Ermənistanın 1989-ci ildə Ali Sovetlərində qərar veriblər ki, Dağlıq Qarabağı özlərinin ərazisi kimi tanısınlar. Hələ bu günə qədər o qərar qüvvədən salınmayıb. Azərbaycanın Ermənistanla  danışıqlarında əsas predmetlərdən biri bu olmalıdır ki, həmin qərar qüvvədən salınsın”. – deyə F.Quliyev bildirib.

Millət vəkili əlavə edib ki, Sarkisyan irəli sürdüyü şərtdə danışıqlarda xüsusi mexanizmin tətbiq  edilməli olduğunun deyib: "Hansı mexanizm ola bilər? BMT-nin qətnamələri var.  Azərbaycan da çox sadə resept təklif edir: Ərazilərimizi tərk edin. Düşmənçiliyə son qoyun. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi status kvo-nu saxlamaq istəyir. İki ölkə arasında danışıqlar prosesinin getməsinə maraqlı deyil”.

Sarkisyan kimdir, Rusiyanın icazəsi olmadan şərt irəli sürsün? - Zərdüşt Əlizadə


Politoloq Zərdüşt Əlizadənin fikrincə, Ermənistan prezidenti Serj Sarkisyanın niyyəti ancaq danışıqlar müddətinin uzadılmasıdır: "Sarkisyan kimdir, Rusiyanın icazəsi olmadan şərt irəli sürsün? Ermənistan birinci gündən çalışıb ki, bu münaqişədə danışıqlar müddəti uzadılsın. Ümumiyyətlə, Qarabağ probleminin həll olunmasına Rusiya imkan vermir. Putin çalışır ki, Qafqazı öz əsarətində saxlasın. Ola bilər, Sarkisyan hansısa çıxışlar edib, bəyanatlar versin. Amma Rusiyada da onun prezident kimi sayan yoxdur. Çünki hər şeyi ruslar idarə edir. Erməni siyasi şərhçiləri də yazılarında etiraf edirlər ki, biz dövlət deyilik. Bizi idarə edən var. Qarabağa görə suverenliyimizi itirmişik. Qarabağ qəfəsinə girmişik. Bu qəfəsin də açarı Rusiyadadır”.     
 
"Ona görə də Sarkisyan belə süni şərtlər irəli sürür" - Ələsgər Məmmədli


Politoloq Ələsgər Məmmədli Sarkisyanın danışıqlar prosesini uzadıb status kvo-nu saxlamağa çalışdığını bildirdi: "Ermənistan tərəfi düşünür ki, danışıqlar müddətinin zamanını uzatmaqla Azərbaycan bu məsələni unudub, status kvo-nu qəbul edəcək. Danışıqlar prosesini uzatmaq Ermənistanın lehinədir. Onlar bundan istifadə edib, yenə də status kvo-nu saxlamağa çalışır. Ona görə də Sarkisyan belə süni şərtlər irəli sürür. Əvvala şərt irəli sürməkdən söhbət gedirsə, Sarkisyan əvvəl BMT-nin qəbul etdiyi 4 qərara nəzər yetirsin. Bu qərarda da göstərilib ki, Azərbaycan əraziləri işğal edilib. Bu real olaraq faktdır. Tək bu göstərici Sarkisyanın irəli sürdüyü şərtlərin əsassız olduğunu göstərir”.

Ə.Məmmədli sonda Azərbaycan hakimiyyətinin Qarabağ problemi ilə bağlı məsələni çox uzatmamalı olduğunu vurğuladı: "Azərbaycan hökuməti konkret olaraq bir ay ərzində tərəflərə (ATƏT-in Minsk qrupu) vaxt verməlidir ki, məsələ tezliklə həllini tapsın. Və qeyd şərtsiz şəkildə 7 rayon erməni birləşmələri tərəfindən boşaldılsın. Ən azından "Lissabon"da razılaşdırılmış şəkildə məsələ həll olunmalıdır”.   

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol