• $
  • €
  • ₽
  • ₺
  • £

Qızıl Xaç Qarabağda itkinlərin meyitlərini qaytarmağa kömək edəcək

Qızıl Xaç Qarabağda itkinlərin meyitlərini qaytarmağa kömək edəcək
28.05.2020 18:46
Beynəlxalq Qızıl Xaç Cəmiyyəti (BQXC) Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi nəticəsində ölənlər barədə dəqiq məlumata sahib deyil. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə verdiyi müsahibədə BQXC-nin baş direktoru İv Dakkor bildirib. 

O vurğulayıb ki, təşkilat hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərinin qaytarılması üzrə yardımı davam etdirəcək. 

BQXC daha öncə Dağlıq Qarabağ bölgəsində humanitar məsələlərin tənzimlənməsində vasitəçi olmaq istəyini bildirmişdi. Söhbət əsasən həlak olanların cəsədlərinin verilməsindən gedirdi. 

"Xeyr, əvvəlki kimi xeyr. Gərginlik vəziyyəti davam etdiyi halda, dəqiq məlumata sahib olmaq çətindir”, - Dakkor, BQXC-nin vəziyyətin gərginləşdiyi andan hər iki tərəfdən həlak olanlara dair dəqiq məlumata malik olub-olmamaları haqqında suala cavab verərkən bildirib. 

"Hər iki tərəfin itkin düşənlərin hazırda əsas məsələ olduğunu anlamaları vacibdir. Və əgər onlar yalnız bir neçə nəfər olsalar belə, bizim işimiz o adamların evə qayıtmalarından ibarətdir. Dağlıq Qarabağda bu problem üzrə biz artıq addımlar atmışıq. Bundan başqa, bir neçə həlak olan əsgərin meyitini onların ailələrinə vermişik və bu işə davam edəcəyik”, -  baş direktor izah edib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol