SQ-nin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalandı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə ADA Universiteti arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sazişi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.
Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, hər iki təhsil müəssisəsinin maddi-texniki bazasından qarşılıqlı istifadə edilməsi, eləcə də təhlükəsizlik mühitində mövcud təhdid və təhlükələrin qiymətləndirilməsi və onların dəf edilməsi üzrə müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























