• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunun kapitanı: “Düşmənin 12 texnikasını məhv etdim”

Azərbaycan Ordusunun kapitanı: “Düşmənin 12 texnikasını məhv etdim”
03.05.2016 18:14
Aprelin əvvəlində Azərbaycan ordusu erməni silahlı qüvvələrinin təxribatının qarşısını alaraq əks hücuma keçdi. Ordumuz müxtəlif istiqamətlərdə bir sıra yüksəklikləri ələ keçirə bildi. Belə döyüşlərin getdiyi və ordumuzun qələbə qazandığı yerlərdən biri də Goranboyun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən, Tərtərin Talış kəndi yaxınlığında olan yüksəkliklərdir. Bu strateji əhəmiyyətli yerləri əldə edərkən Azərbaycan Ordusunun zabitləri şücaət göstəriblər.
 
APA-nın qərb bürosunun xəbərinə görə, həmin döyüşlərdə fərqlənən hərbçilərdən biri də kapitan Mirdamət Bağırovdur: "Aprelin əvvəllərində düşmən təxribatının qarşısını almaq məqsədi ilə düşmənin üzərinə yeridik. Xeyli sayda şəxsi heyətinin təkərli, zirehli texnikalarını məhv etdik. Onlar bizim gücümüzü görüb, silahlarını atıb qaçmağa məcbur oldular. Şəxsi heyətdə ruh yüksəkliyi var idi. Mən düşmənin 12 təkərli və zirehli texnikasını məhv elədim”.
 
Zabit Ali Baş Komandanın əmrini gözlədiklərini, hər an düşmən tapdağı altında olan torpaqlarımız azad etməyə hazır olduqlarını bildirib.
 
Qeyd edək ki, Mirdamət Bağırov xidmətdə göstərdiyi şücaətə görə Ali Baş Komandan, prezident İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol