• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: "Ermənistan münaqişənin sülh yolu ilə həllini pozmağa hazırlaşır"

XİN: "Ermənistan münaqişənin sülh yolu ilə həllini pozmağa hazırlaşır"
28.05.2020 19:55
Ermənistan rəhbərliyi öz məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən vəziyyətin siyasi partlayışına və münaqişənin sülh yolu ilə həllinin pozulmasının hazırlığına başlayıb. Ermənistan tərəfi başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır.

Oxu.Az xəbər verir ki, bu barədə qondarma rejimin tanınması ilə əlaqədar Ermənistanın müzakirəyə çıxaracağı qanun layihəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.

"Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Ermənistan Respublikasının hökuməti cari ilin 5 mayında keçiriləcək iclasında "Dağlıq Qarabağın müstəqilliyinin tanınması” adlandırılan qanun layihəsini nəzərdən keçirmək niyyətindədir.

Müzakirələrin nəticələrindən asılı olmayaraq, Ermənistan bu cür təxribatçı əməli ilə beynəlxalq hüququn norma və prinsipləri, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasınn müvafiq qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq sənəd və qərarlarını növbəti dəfə kobud şəkildə pozmuş olur.

Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu birmənalı olaraq təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”, - deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, mütəmadi olaraq təxribatçı əməllər həyata keçirməklə, o cümlədən atəşkəs rejimini pozmaqla, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla Ermənistan vəziyyətin dondurulması və danışıqlar prosesində hər hansı irəliləyişin əldə edilməsinin qarşısının alınmasına nail olmaq məqsədi güdür.

"Öz silahlı təxribatlarına sarsıdıcı cavab alan, Azərbaycanın hərbi sahədə artan gücünə tab gətirmək və status-kvonun saxlanmasını davam etdirmək qabiliyyətində olmadığını dərk edən Ermənistan rəhbərliyi öz məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən vəziyyətin siyasi partlayışına və münaqişənin sülh yolu ilə həllinin pozulmasının hazırlığına başlayıb. Ermənistan tərəfi başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır.

Bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.

Əgər məhdud xudbin məqsədlər sağlam düşüncədən üstün olarsa və bu təxribat həyata keçirilərsə, bunun nəticələri ilə bağlı bütün məsuliyyət Ermənistan və onun rəhbərliyinin üzərinə düşəcəkdir”, - deyə XİN-in mətbuat xidməti vurğulayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol