• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda Azərbaycan ordusunun yeni hücumunu gözləyirlər

Ermənistanda Azərbaycan ordusunun yeni hücumunu gözləyirlər
04.05.2016 12:35
Real təhlükə Ermənistana qarşı Rusiyanın xəyanətidir.

Ermənistanın nüfuzlu və məlumatlı ekspertlərindən biri, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın iddialarına görə, Azərbaycan ordusunun böyük qüvvəsinin təmas xəttinin  üç istiqamətində cəmləşməsini nəzərə alaraq Azərbaycan tərəfindən status-kvonun pozulmasına dair yeni cəhdini gözləmək lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə "Azatutyun” məlumat yayıb.

"Ümumilikdə Azərbaycanın yeni hərbi əməliyyatlara başlamasının qarşısını almağa heç nə və heç kəs yoxdur. Azərbaycanın hücumu indi "əgər”dən çox, "nə zaman” sualıdır, belə ki, Azərbaycan sonuncu hücumu qələbə kimi qiymətləndirir; 21 il ərzində Azərbaycan ilk dəfə müvəqqəti də olaraq ərazi zəbt edərək əlində saxlaya bilib. Biz təmas xəttinin şimal və cənub hissəsində hücum gözləməliyik – təəssüf ki, əsasən mülki əhaliyə ziyan vurmaq və məhv etməyi hədəflənən, amma aprelin 2-dən daha az intensiv və daha az koordinasiya edilmiş bir hücum gözləməliyik”, - "Azatutyun” radiosu ilə söhbət zamanı Riçard Kirakosyan bildirib.

Digər politoloq Stepan Qriqoryanın iddiasına görə isə, Azərbaycanı beynəlxalq ictimaiyyətin birmənalı olmayan reaksiyası, eləcə də Ermənistanın öz qərarlarında sərbəst olmaması da ruhlandırır.

Bundan başqa, erməni ekspertləri hazırda Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini görmürlər.

Riçard Kirakosyanın fikrincə, daha öncə beynəlxalq ictimaiyyət tərəfindən aparılan taktika daha işləmir. "Ermənistan üçün real təhlükə Azərbaycanın hücumu deyil, ABŞ və Fransanın Minsk qrupunun fəaliyyətinə yetərincə cəlb olunmaması və Ermənistana qarşı Rusiyanın xəyanətidir”.

Stepan Qriqoryan qeyd edir ki, bu gün Ermənistan həm hərbi planda, həm də beynəlxalq meydanda fəal mövqe tutmalıdır.

Nümunə olaraq, indi erməni tərəfi BMT-də bəraət qazanmalıdır. Belə ki, Azərbaycan BMT-nin Baş Assambeyasına Ermənistanı atəşkəs rejiminin pozulmasında ittiham edərək birinci müraciət edib.

"Əgər sən təşəbbüslə çıxış etmirsənsə, daima cavab verirsənsə, o zaman dünyaya həqiqəti açıqlaya bilmirsən. Biz daima məfhumların ardınca gedirik. Məhz bu səbəbdən də dördgünlük müharibəyə rəsmi səviyyədə rəylər bizim üçün səmərəli deyildi. Mən indi DİN bəyanatını oxuyuram – hər şey doğrudur. Amma üzr istəyirəm, üç həftədən çox vaxt keçib, yalnız indi bu doğru addımlar atılır. Dövlət institutları adekvat olmalıdırlar. Adekvatlıq bu gün yalnız ağıllı fikirlərlə əlaqədar deyil, bu, həm də onların vaxtında deyilməsi ilə əlaqədardır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol