Azərbaycan və Çexiya XİN başçıları Praqada görüş keçirib

Praqa səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çexiyalı həmkarı Lübomir Zaoralek ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, "Şərq Tərəfdaşlığı" proqramını müzakirə edib, mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, E.Məmmədyarov dünən Vışeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və Şərq Tərəfdaşlığı (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Praqaya gedib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























