• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa nə baş verər? - Politoloq

Ermənistan Dağlıq Qarabağın “müstəqilliyini” tanıyarsa nə baş verər? - Politoloq
04.05.2016 16:08
"Ermənistandan Azərbaycana növbəti hədələyəci mesaj gəlib: "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər”. Ermənistanda müxtəlif partiyalar bu məsələni hər il aktuallaşdırmağa, hətta parlamentdə səsverməyə çıxarmağa çalışırlar" - bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Bu vaxta qədər Ermənistan hakimiyyəti parlamentdə "Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı” sənədin səsverməyə çıxarılmasına imkan verməyib.

Politoloq Elxan Şahinoğlu bunun iki səbəbi olduğunu deyib:

"Birinci səbəb odur ki, Ermənistan hakimiyyəti anlayır ki, əgər Dağlıq Qarabağın "müstəqilliyi” tanıyarsa, bu Azərbaycanla danışıqların dayandırılması demək olacaq. Rəsmi Bakı Dağlıq Qarabağın "müstəqilliyini” tanıyan İrəvanla danışıqlar aparmayacaq. Bu isə müharibəyə aparan yoldur.

İkinci səbəb isə odur ki, İrəvan Dağlıq Qarabağın "müstəqlliyini” tanıyarsa, Ermənistan beynəlxalq aləmin, o cümlədən Rusiyanın dəstəyini itirəcək. Əksinə, böyük dövlətlər İrəvanın bu siyasətini tənqid edəcəklər. Azərbaycan BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə səs verəcəklər ki, bu Ermənistanın mövqeyinin zəifləməsinə yol açacaq".

Politoloqun fikrincə, Ermənistanda bəziləri düşünür ki, İrəvan Dağlıq Qarabağın "müstəqilliyini” tanıyarsa başqa dövlətlər, o cümlədən Rusiya da bu prosesə qoşula bilər: "Nümunə kimi də Kosovo, Abxaziya və Cənubi Osetiya göstərilir. Yəni əgər Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini” tanıyıbsa, Dağlıq Qarabağın da "müstəqilliyini” tanıya bilər. Birincisi, Rusiya Gürcüstanla müharibə apardığına görə Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini” tanıdı, Moskvanın Azərbaycanla münasibətləri isə strateji tərəfdaşlıq xarakteri daşıyır. İkincisi, Moskva vaxtilə Kosovonun müstəqilliyi əleyhinə çıxaraq bu bölgəni Serbiyanın ərazisi adlandırıb. Moskva Kosovo məsələsində bir cür, Dağlıq Qarabağ məsələsində fərqli siyasət ortaya qoya bilməz. Dağlıq Qarabağın "müstəqilliyini” yalnız özü kimi separatçı bölgələr, o cümlədən Abxaziya və Cənubi Osetiya tanıya bilər. Ancaq bu heç bir əhəmiyyət kəsb etməyəcək. Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini” Nikaraqua və Vanuatu adlı çoxlarının adını birinci dəfə eşitdiyi kiçik ada dövləti tanımışdı. Bu da Rusiyanın xahişi ilə baş tutmuşdu. Rusiya bundan artıq nəticəyə nail ola bilmədi. Əgər Abxaziya və Cənubi Osetiyanın "tanınması” məsələsində Rusiya uğur qazanmadısa, Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini” beynəlxalq aləmə tanıtdırması mümkün deyil. Beləliklə, Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət divident deyil, problemlər qazandıracaq. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın "müstəqilliyini” tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq".

"Ümumiyyətlə Ermənistandakı siyasi partiyalar və cəmiyyət Dağlıq Qarabağ məsələsində ciddi dilemma qarşısındadırlar. 2-6 aprel döyüşləri Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı 3 diametral yanaşma formalaşdırıb:

Birinci yanaşma odur ki, Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini” tanımalı və müharibəyə hazırlaşmalıdır;

İkinci yanaşma odur ki, Ermənistan özünü və Dağlıq Qarabağın təhlükəsizliyini qorumaq üçün işğal altındakı 5 Azərbaycan rayonunun boşaldılmasına razılıq verməlidir;

Üçüncü yanaşma isə odur ki, Dağlıq Qarabağ Ermənistan üçün böyük siyasi və iqtisadi yükdür. Azərbaycanla daimi müharibə vəziyyətində olmaq Dağlıq Qarabağla yanaşı Ermənistanın da bir dövlət olaraq zəifləməsinə gətirib çıxaracaq.

Ermənistanda birinci yanaşmanın tərəfdarları getdikcə azalır. Ermənistan cəmiyyətində Azərbaycanla daima müharibə şəraitində yaşamanın onlara xeyir gətirmədiyini və təhlükəsizlikləri üçün böyük problem olduğu fikri güclənir. Ermənistanda müzakirə olunan digər mövsu isə budur ki, Azərbaycan hansısa döyüşdə məğlubiyyətlə üzləşib, yenidən müharibəyə başlaya bilər, çünki bunun üçün Azərbaycanın kifayət qədər insani və maliyyə resursu var. Ermənistan isə bir dəfə məğlub olsa ölkə olaraq bir daha özünə gələ bilməyəcək". - deyə E.Şahinoğlu bildirib.
 
Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol